Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
TÜRK DÜNYASI GÜCLƏNİR

0

  •  SSRİ - nin süqutundan sonra vaxtilə üst - üstə yığılıb qalmış problemlər qabarıq şəkildə özünü büruzə verməyə başladı. İmperiyanın zor gücünə basdırdığı bir çox neqativ hallar əhalinin olmazın əzab - əziyyət çəkməsinə səbəb oldu. Xüsusilə türkdilli dövlətlər arasında süni şəkildə yaradılmış soyuq münasibət daha da dərinləşməyə başladı. 70 il ərzində qardaş xalqlqlar elə bir yadlaşma toxumu səpilmişdi ki, onu qısa vaxt ərzində aradan qaldırmaq həddindən artıq çətin idi. Təkcə sovetlərin dağılmasına az bir zaman qaldığı vaxtlarda Özbəkistanın Fərqanə vilayətində baş vermiş hadisələri yada salsaq, hər şey gün kimi aydın olar. Vaxtilə Stalin kimi bir despotun xain əmri ilə Gürcüstandakı ata - baba yurdlarından didərgin salınıb Orta Asiyaya köçürülən Məhsəti türklərinə qarşı Erməni təxribatçıların dəstəyi ilə divan tutulmuş və onlar yenidən qaçqın düşmək məcburiyyətində qalmışlar. Bu işdə də Özbəkistanın müxtəlif kütləvi informasiya vasitələrinə rəhbərlik edən ermənilərin xüsusi rolu olmuşdur. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ SSRİ - nin dağılması bu qəbildən olan bir çox problemlər gətirsə də, yenicə müstəqillik əldə etmiş ölkələrin inkişafı üçün də münbit şərait yarandı. Belə ki, yeni yaranmış müstəqil dövlətlər sərbəst şəkildə öz iqtisadiyyatını və siyasətini qurmağa müyəssər oldular. Artıq onlar dünya dövlətləri ilə bərabərhuquqlu müqavilələr bağlayır, ən yüksək beynəlxalq tribunalardan öz səslərini ucalda bilirdilər. Bütün bu münasibətlər türkdilli dövlətlər arasında da özünün müsbət bəhrəsini verməyə başladı. İlk növbədə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında dərin tarixə söykənən qardaşlıq münasibətləri möhkəmlənməyə başladı. Getdikcə bu qardaşlığın səmərliliyini müşahidə edən, Orta Asiya Türk dövlətləri də Türkiyə və Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa başladılar. Bu əlaqələr isə getdikcə dostluq münasibətinə çevrildi.​ ​ ​Təsadüfü deyildir ki, 44 günlük Vətən müharibəsi zamanında qardaş Türkiyə öncüllüyündə bütün türkdilli dövlətlər Azərbaycanın haqq işini dəstəklədiklərini yüksək tribunalardan byan etdilər. Müharibəni zəfərlə başa vuran Azərbaycana Türk dövlətləri postmüharibə dövründə də öz dəstəklərini əsirgəmədilər. Bunlara misal olaraq qardaş Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində böyük bir məktəb binası inşa etməsini göstərmək olar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Məlumdur ki, bu yaxınlarda Özbəkistanda Prezident seçkiləri keçirilmişdir. Özbək xalqı yenidən yekdilliklə Şavkat Mirziyoyevi Özbəkistan Prezidenti seçmişdir. Qardaş ölkənin Prezidenti ilk xarici səfərini Azərbaycana etmişdir ki, bu da ölkələrimiz arasındakı dost münasibətdən xəbər verir. Avqustun 22 - də Azərbaycana növbəti səfərini edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş və iki ölkə arasında müxtəlif sənədlər imzalanmışdır. Avqustun 23 - də Özbəkistan Prezidenti Füzuli şəhərinə səfər etmişdir. Burada Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qarşılanan Şavkat Mirziyoyev Özbəkistan Respublikasının vəsaiti hesabına inşa edilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir. Eyni zamanda Özbəkistan Prezidenti Füzuli şəhərinə yenicə köçürülmüş yerli sakinlərlə görüşmüş və onlara xoş arzularını çatdırmışdır. ​ ​ ​ ​ ​ ​​
    Daha sonra hər iki ölkə başçısı Şuşa şəhərinə gəlmiş və burada müxtəlif görüşlər keçirmişlər. Ümumilikdə götürsək, son illər həm Özbəkistan Respublikası, həm də digər Türk dövlətləri arasında Ölkə Başçıları səviyyəsində qarşılıqlı səfərlər intensiv xarakter alıb. Bütün bu səfərlər, görüşlər Türk dövlətləri arasındakı müsbət münasibətlərin möhkəmlənməsinə və bu dövlətlərin dünyadakı nüfuzunun artmasına və inkişafına xidmət edir ki, bundan da həmin dövlətlər bəhrələnir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ələddin Əhmədov​,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    tÜrk dÜnyasi gÜclƏnİr

    Maraqlı gələ bilər
    110
    46